Şou-biznesdə növbəti qalmaqal başlayıb. Belə ki, verilişlərin birində müğənnilər Musa Musayev, Təranə Qumral və prodüser Təranə Səmədova qonaq olublar. Verilişdə əxlaq mövzusu müzakirə olunub. Təranə və Musa aparıcıya təziq etməyə başlayıblar. Sənətçilərin aparıcını sıxışdırdıqlarını görən prodüser baş verənlərə göz yuma bilməyib. Musa Musayev isə Təranəyə hücüm çəkərək prodüseri təhqir edib. Təranə Qumral isə həyat yoldaşını sakitləşdirməyə çalışıb. Efiri tərk etmək istəyən Musa Musayev masaya təpik vuraraq stəkanları sındırıb.
Baş verən məsələ ilə bağlı prodüser Təranə ilə əlaqə saxladıq. O, SİA-ya açıqlaması zamanı bunları dedi: "Veriliş zamanı Musanın aparıcıya təziq etməsi məni çox əsəbləşdirdi. Mən də düzgünlük tərəfdarı olduğum üçün teleaparıcını müdafiə etdim. Hər kəs bilir ki, Musa Musayevlə Təranə Qumralın arasında böyük söz-söhbət olub. Aparıcı da bunla bağlı sual verdi. Yəni, burada Musanı qəzəbləndirəcək heç nə yoxdur. Bir sözlə, mən Musanı tanımıram və ondan da qorxmuram. Efir zamanı da həqiqətləri söylədim".
Yaranan hadisə ilə əlaqədar qarşı tərəfin də fikirlərini öyrəndik. Təranə Qumral əməkdaşımıza Musa Musayevin psixoloji durumunun normal olmadığını bildirdi: "Musanın əsəbləri yerində deyil. Psixoloji problemləri var. Odur ki, Musanı qınamaq düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB