Sənətçi nəyin acısını yaşayır?

Sənətçi nəyin acısını yaşayır?

Müğənni Zarina Məmmədova yaradıcılığında yenilik edib. Belə ki, sənətçi mahnısına klip çəkdirib. Bu haqda SİA-ya Zarinanın özü məlumat verib: " "Bir acı" adlı bəstəmi lentə aldırıram. Ekran işinin bir hissəsi Qəbələdə çəkilib. Çox uğurlu iş alınıb. Klipi türkiyəli rejissor Kemal Başbuğ lentə alıb. Hazırda Türkiyədə klipin montaj işləri gedir. Artıq ekran işi yekunlaşmaq üzrədir. Mart ayının ilk həftəsində klipi tamaşaçılara təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə