Türkiyəli müğənni Işın Karaca həyat yoldaşı, stilist və rejissor Sedat Doğanla rəsmən boşanıb. SİA-nın verdiyi xəbərə görə, məhkəmə cütlüyün bir-birini başa düşmədiyini, barışmalarının mümkünsüzlüyünü vurğulayaraq boşayıb. Karaca və Doğan bir-birindən aliment və ya təzminat tələb etməyib.
Deyilənlərə görə, Sedatın bütün vergi və bank borclarını Işın ödəməlidir. Türkiyəli müğənni boşandığı ərinin avtomobilinin 8 min lirə (təxminən, 3 min AZN) borcunu ödəyəcəyini qəbul edib. Eyni zamanda, o, Sedat Doğan ilə ortaq olduqları film şirkətinin bankdan aldığı 30 min lirə (təxminən, 12 min AZN) krediti də verəcək.
Qeyd edək ki, məhşurlar 2 ildir ki, evli idilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB