Bu gün Bakı vaxtı ilə saat 00:30-da TRT Müzik kanalında əməkdar artist Tünzalə Ağayeva "Bir səsin cazibəsi" verilişi ilə yenidən tamaşaçılarının qarşısına çıxacaq. SİA-nın verdiyi xəbərə görə, müğənninin budəfəki qonaqları Azərbaycanın xalq artisti Nəzakət Teymurova və türk sənət musiqisinin mahir ifaçısı Yıldırım Bekçi olacaq. Bu barədə danışan T. Ağayeva verilişində muğamı təbliğ edəcəyini də deyib: "Sevimli xanəndəmiz Nəzakət xanımla bir arada olmaq, onun gözəl səsini dinləmək məni xoşbəxt edir. Bu, gözəl əsərlərimizin, muğamımızın Türkiyə ekranlarında səslənərək təbliğ olunması baxımından da önəmli bir hadisədir. Yıldırım Bekçiylə tanış olmağıma da çox sevindim. Türk sənət musiqisi sevərək dinlədiyim mahnılardır və bu əsərləri Yıldırım Bekçi kimi tanınmış sənətçinin səsindən eşitmək mənim üçün şans oldu".
Nəzərinə çatdıraq ki, xalq artisti Nəzakət Teymurovanı tarda Əliağa Sədiyev, nağarada Kamran Kərimov müşayiət edəcək.
Qeyd edək ki, Tünzalə Ağayevanın verilişində geyindiyi libaslar Gülnarə Xəlilova Moda Evinə məxsusdur.

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB