Dünya ulduzu nədən qorxur?

Dünya ulduzu Cennifer Lopez maraqlı etiraf edib. SİA-nın verdiyi xəbərə görə, müğənni təklikdən qorxduğunu bildirib: "Mən yalnız qala bilmərəm. Çünki təklikdən qorxuram. Yanımda elə biri olmalıdır ki, həm mənə, həm də onun üçün etdiklərimə dəyər versin. Birinə insan və qadın kimi həyatımı həsr edirəmsə, bunun qarşılığını görməliyəm. Sevgilim Kasper hər şeyə dəyər verən insandır. Onunla hər şey yolunda gedir".

Qeyd edək ki, sənətçi bir müddət öncə müğənni Mark Entoni ilə birlikdə olub. Hazırda onların əkiz övladı Cenniferlə birgə qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə