Elçin yeniliklərə imza atacaq

Uzun zamandır efirlərdən kənar gəzən Elçin Hüseynov yaradıcılığındakı yenilikdən bəhs edib. Sənətçi SİA-ya açıqlama verərək klip çəkdirəcəyini bildirib: "Yeni mahnılar yazdırıram. Bəstələrimdən birini Tərlan Məmmədhüseynov ərsəyə gətirəcək. Həmin musiqi mart ayında işıq üzü görəcək və ritmikdir. Onu da deyim ki, "Yalanın adı" mahnıma da ekran işi verdirəcəm. Sözügedən hitin sözləri Azər Şirinin, musiqisi isə Elçin Cəfərovla Tərlan Məmmədhüseynovundur".

Bütün xəbərlər Facebook səhifəmizdə