Xalq artisti: “Heç kim məni onunla barışdıra bilməz”

Xalq artisti: “Heç kim məni onunla barışdıra bilməz”

Millət vəkili Etibar Hüseynov xalq artistləri Flora Kərimovanı və İlhamə Quliyevanı barışdırmaq istəyib. Qarşı tərəflər isə millət vəkilinin addımına haqq qazandırsalar da, barışığa imza atmayıblar.

Bu haqda hər iki tərəfin fikirlərini öyrəndik. Xalq artisti İlhamə Quliyeva SİA-ya açıqlaması zamanı barışmaq istəmədiyini bildirib: "Heç kim məni onunla barışdıra bilməz. Mən o adda insan tanımıram".

Sözügüedən məsələyə daha sonra digər xalq artisti Flora Kərimova da münasibət bildirdi: "Etibar müəllimin təqdirə layiq hərəkətini alqışlayıram. Ancaq İlhamə Quliyeva ilə heç vaxt barışmayacam. Onu da deyim ki, İlhamənin biyabırçı şəkilləri sosial şəbəkədə kifayət qədər yayılıb. Ona görə hər zaman çalışsın ki, millətimin tərbiyəsini qoruya bilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə