Sənətçi Türkiyədən əli dolu gəldi

Bu günlərdə qardaş ölkəyə səfər edən müğənni Yaşar Cəlilov vətənə qayıdıb. O, SİA-ya açıqlaması zamanı Türkiyə şou-biznesinə qatılmaq istədiyini də bildirib: "Hər bir sənətçi kimi mənim də arzumdur ki, Türkiyə şou-biznesində olum. Amma bu, 1-2 günün içində həll olunan iş deyil. Buna zaman lazımdır".

Yaşar Türkiyəyə getməyinin səbəbini də gizlətməyib: "Bir neçə yeni mahnılarım üçün studiya işləri görüldü və tezliklə klip çəkdirəcəm. Buna görə də yeni geyimlər almışam. Yaxın günlərdə qeyri-adi kliplə qarşınızda olacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə