Aybəniz Haşımova İstanbulda Xocalı soyqırımından danışıb

Aybəniz Haşımova İstanbulda Xocalı soyqırımından danışıb

Əməkdar artist Aybəniz Haşımova İstanbula səfər edib. Xanım Haşımovanın qardaş ölkəyə getməsinə səbəb Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçiriləcək tədbirlərə qatılmaqdır. Bu haqda SİA-ya danışan sənətçi ətraflı məlumat verib: "Hazırda qızım Aynişanla birgə İstanbuldayıq. Xocalı soyqrımı ilə bağlı tədbirlərə qatılıram. Tədbirlər Gənclər İctimai Birliyi tərəfindən keçirilir. Böyük ölkəmin adından həqiqətləri dünyaya tanıtmaq üçün həmin Xocalı günlərində çıxış edirəm. Qızımla əlimizdən gələni edəcəyik ".

Bütün xəbərlər Facebook səhifəmizdə