İki məhşur bir arada

Müğənni Elton Hüseynəliyev prodüser Toliklə işbirliyinə başlayıblar. Bu haqda SİA-ya Tolikin özü danışıb: "Elton öz üzərində çalışan və istedadlı müğənnidir. Onunla bir çox layihələr üzərində çalışmağı planlaşdırmışam. Ümid edirəm ki, işbirliyimiz davamlı və uğurlu olacaq".

Qeyd edək ki, E.Hüseynəliyev bir müddət əvvəl prodüser Anar Mədətovla yollarını ayırmışdı. Tolik hazırda müğənni Sevda Yahyayevanın prodüseridir.

Bütün xəbərlər Facebook səhifəmizdə