"Atv Maqazin" verilişi haqda şayiələr yayılıb. Belə ki, aparıcı Nərgiz Vahabqızının açıq-saçıq libasına görə, verilişin vaxtı qısaldılaraq sağollaşmadan bitib.
Məsələni aydınlaşdırmaq üçün "Atv Maqazin" verilişin redaktoru Günay Firudinqızı ilə əlaqə saxladıq. O, dolaşan şayiələrə aydınlıq gətirdi: "Nərgiz Vahabqızının paltarı normaldır. Onun libasına görə heç bir problem yaşamamışıq. Sadəcə olaraq kadrlar çox, efir vaxtı az olduğu üçün aparıcı sağollaşmadan veriliş bitib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB