Bu gün əməkdar artist Tünzalə Əliyevanın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, onu ad günü münasibəti ilə ilk olaraq həyat yoldaşı təbrik edib. 41 yaşı tamam olan Tünzalə xoş gününü "Üç bacı" serialının kollektivi ilə çəkiliş meydançasında qeyd edəcək.
Qeyd edək ki, aktrisa1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Oradan çıxıb Bakıya gəlmiş və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. Hazırda "Üç bacı" serialında oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB