Bu gün hamı "Səni sevirəm" deyəcək

Bu gün hamı "Səni sevirəm" deyəcək

Nəhayət, müğənnilər Elçin Cəfərov və Sevda Yahyayeva uzun zamandır üzərində çalışdıqları yeni duetlərini təqdim ediblər. SİA-nın məlumatına görə, bəstə "Səni Sevirəm" adlanır. Sənətçilər sözügedən mahnıya klip çəkdirməyi də planlaşdırırlar.

Nəzərinizə çatdıraq ki, "Səni sevirəm" mahnısının sözləri Azər Şirinə, musiqisi Elçin Cəfərova, aranjimanı isə Tərlan Məmmədhüseynova məxsusdur.

Qeyd edək ki, Elçin və Sevda adıçəkilən mahnını "Sevgililər günü"nə həsr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə