Bəstəkar Sevinc Tofiqqızı rejissor Elmir Süleymanovun çəkdiyi "Səndən sonra" serialında rol alıb. "Vəkil" rolunu ifa edən bəstəkar yeni çəklidiyi film haqqında SİA-ya bunları deyib: "Məni bu filimə dəvət edən Mehman Məmmdova öz təşəkkürlərimi bildirirəm. Bu filmdə "Vəkil" obrazını canlandıracam. Seriallımızın kollektivi çox mehribandır. İnşaAllah, yeni seriallara da dəvət alacam".
Öz növbəsində filmin direktoru Vüqar Camalzadə də Sevinc Tofiqqızı ilə iş birliyindən məmnun olduğunu dilə gətirib.
Onu da deyək ki, "Xəzər" telekanalında yayımlanan "Səndən Sonra" serialının prodüseri Mahir İbrahimov, baş operatoru Rəşad Qarayev, kastinqin direktoru Mehman Məmmədov, rejissoru Elmir Süleymanovdur.
Burada bəstəkar Sevinc Tofiqqızı ilə yanaşı, serialda xalq artisti Sveta Hakimova, əməkdar artistlər Əfqan Soltanov, Mətanət Atakişiyeva, Leyli Vəliyeva, aktyorlardan İntiqam Sultan, Nəsibə Eldarova, Dilarə, Könül Cəfərzadə, Elnur Muradov, Elçin Məmmədli, Türkay Cəfərov, Gəncə teatrının aktyorları Elxan Abbasov, Novruz Cəfərov da iştirak edirlər.
Qeyd edək ki, rejissor Elmir Süleymanov Sevinc Tofiqqızına yeni klip də çəkib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB