Xəbər verdiyimiz kimi xalq artisti Aygün Kazımovayla müğənni Ramal İsrafilovun arasında inciklik yaranıb. SİA-nın verdiyi xəbərə görə, Ramal Aygündən üzr istəyib: "Mən Aygün xanımı incitmək istəməmişəm. Mənə şans verin, mən indi şounun nə demək olduğunu və kimlərin hoqqalar qurduğunu bilirəm. Onlar sevinir. Sizdən necə lazımdırsa, üzr istəyə bilərəm. Xahiş edirəm, məni öz uşağınız kimi qəbul edin. Sizi heç kimə dəyişmərəm. Allaha and içirəm ki, bu məsələ belə qalmayacaq. Mən efirdə sizdən üzr istəyəcəyəm. Amma məndən küsməyin, siz çox böyüksünüz".
Ramalın üzrxahlığına isə qarşı tərəf xalq artisti A. Kazımova belə cavab verib : "İndi siz söyləyin, onu bağışlamaq olarmı? Yox, canım Ramalım, ehtiyac yoxdur".
Qeyd edək ki, Ramal İsrafilov verilişlərin birində Aygün Kazımovanın onun müəllifi olduğu "Biletini alma" mahnısını yaxşı ifa etmədiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB