Əməkdar artist Firuzə İbadovanın haqqında şaiyə yayılıb. Deyilənlərə görə, sənətçinin özündən 20 yaş kiçik sevgilisi var. Məsələ ilə əlaqədar olaraq Firuzə xanımın özü ilə əlaqə saxladıq. O, SİA-ya açıqlaması zamanı xəbərin yalan olduğunu bildirib: "Xəbər yalandır. Allah məni o günə qoymasın. Bir qızım və bir qız nəvəm var. Həyat yoldaşım rəhmətə gedəndə 40 yaşım var idi. Ondan sonra həyatımda heç kim olmayıb. Bizlərdə qadın bir dəfə ailə həyatı qurar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB