Samir Piriyev aktyor olacaq

Müğənni Samir Piriyevin yaradıcılığında yenilik var. İfaçı yeni mahnılar üzərində çalışır. Samir bu haqda SİA-ya açıqlama verərək klip çəkdirəcəyini də bildirib: "Hazırda bəstəkar Nadir Əzimovla birgə çalışırıq. Onun bəstəsinə müraciət etmişəm. Sözügedən bəstəkarla yanaşı, Tural Bayraməliyevin "Dostluq və barış" adlı mahnısını da oxuyacam. Onu da deyim ki, yeni klipim yaxın zamanlarda işıq üzü görəcək".

Qeyd edək ki, müğənni Samir Piriyev özünü aktyor kimi də sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə