Nurlan Növrəslinin konserti təxirə salınıb

Nurlan Növrəslinin konserti təxirə salınıb

Müğənni Nurlan Növrəslinin solo konserti təxirə salınıb. SİA-nın məlumatına görə, buna səbəb ifaçının səhhətində yaranan problemlərdir.

Nəzərinizə çatdıraq ki, Nurlan bu konserti səhnəyə gəlişinin 10 illiyinə həsr edəcəyini söyləmişdi.

Qeyd edək ki, Nurlan Növrəslinin fevralın 14-ü, saat 19:00-da Heydər Əliyev Sarayında verəcəyini planlaşdırdığı konsertin biletləri geri qaytarılır.

Bütün xəbərlər Facebook səhifəmizdə