Türkiyənin tanınmış prodüseri Ahmet Akkaya Sevinc Musayevanı bəyənərək onunla işləmək qərarına gəlib. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda sosial şəbəkədə yazıb: "Sevinc xanımla birgə çalışaraq Azərbaycan musiqilərini qardaş ölkədə tanıda bilərik. Bir çox surpriz planlarım var. Hələ ki, ifaçının cavabını gözləyirəm".
Məsələ ilə əlaqədar olaraq Sevinc Musayevanın da fikirlərini öyrəndik: "Hələ ki, vəd vermək istəmirəm. Çünki Türkiyədə yaradıcılıq işləri ilə məşğul olmaq asan iş deyil və çox maliyyə tələb olunur. İstanbula səfər edib, şərtləri bildikdən sonra qərar verə biləcəm".
Qeyd edək ki, Ahmet Akkayanın xalq artisti Aygün Kazımovayla da iş birliyi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB