Xəbər verdiyimiz kimi, müğənni Emil Bədəlov çay evi açıb. Sənətçinin 3 aya yaxındır işlətdiyi məkan artıq bağlanıb. Məsələni dəqiqləşdirmək üçün Emilin özü ilə əlaqə saxladıq. O, SİA-ya açıqlaması zamanı xəbərin doğru olduğunu bildirdi: "Çay evini 3 aya yaxın açsamda, xeyli gəlirim olub. İşlər öz axarı ilə davam edirdi. Lakin qonşular şikayət etdiklərinə görə, məkanı bağladım. Musiqi səsi və çoxlu avtomobillərin dayanması qonşuları narahat edirdi. Sənətçi dostlarım işdən sonra burada dincəlirdilər. İndi başqa bir məkanda daha gözəl çay evi açacam. Təxminən bir aya fəaliyyətə başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB