"Muhteşem yüzyıl" serialındakı "Hürrem Sultan" obrazı ilə tanınan aktrisa Meryem Üzerli ana olub. SİA-nın məlumatına görə, aktrisanın qızı dünyaya gəlib. Qızına Lara adını qoyan M. Üzerli təəssüratlarını onu sevənlərlə bölüşməyi də unutmayıb: "Sevgili qızım, canım Lara Üzerli dünyaya xoş gəldin. 10.02.2014 tarixində doğuldun. Allahıma təşəkkür edirəm ki, qızım dünyaya sağlam göz açdı. Tanrım mənə güc verdi, səni birinci gündən etibarən qoruya bildim. Bu mənim ən böyük hədiyyəmdir. Çox yaxın rəfiqəm Anna da bu anlarımda yanımda idi. Bütün ailəmə, dostlarıma minnətdaram".
Qeyd edək ki, Meryem Üzerlinin körpəsinin atası biznesmen Can Ateşdir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB