Nadir Qafarzadə 43 yaşını qeyd edir

Nadir Qafarzadə 43 yaşını qeyd edir

Bu gün müğənni Nadir Qafarzadənin ad günüdür. SİA-nın verdiyi xəbərə görə, o, bu gün 43 yaşını qeyd edir. Onu doğum günü ilə əlaqədar olaraq ailəsi ilə yanaşı sənət dostları da təbrik edib.

Nəzərinizə çatdıraq ki, müğənni 11 fevral 1971-ci ildə anadan olub. O, musiqi karyerasına 2000-ci ildən başlayıb. Asəf Zeynallı adına Musiqi Kollecini Opera müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirib. 1989-cu ildə Rusiyanın Murmansk vilayətində həqiqi hərbi xidmətə yollanıb. Uşaqlıq illərində Azərbaycan Dövlət Teleradio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərib. Bir çox musiqi müsabiqələrinin və mahnı festivallarının qalibi olub. Bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İlin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar. 2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil edib.2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Hər şey Qarabağ üçün" devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, ailəlidir, 2 oğul övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə