Aparıcılar Vüsalə Əlizadə və Azər İsmayılovun qızı Diləyin 2 yaşı tamam olub. SİA-nın verdiyi xəbərə görə, Azərdən boşanan Vüsalə qızı üçün təmtəraqlı ad günü keçirib. Aparıcılığı İlahə Nizamiqızının etdiyi mərasimdə xalq artistlərindən Flora Kərimova, Məleykə Əsədova, müğənnilərdən Samir Piriyev, Xatirə İslam, Sevda Yahyayeva, Elçin Cəfərov, Elton Hüseynəliyev, Yaşar Yusub, Aşıq Samirə, dicey Kazım Sübhan və başqaları iştirak edib. Doğum günündə şou-biznes nümayəndələri sevilən mahnılarını səsləndirərək rəqs ediblər.
Maraqlı anların yaşandığı gecədə Vüsalə qızı haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib. Onun ağlamağı gecəyə təşrif buyuranları da kövrəldib.
Qeyd edək ki, Azər qızı Diləyin doğum gününü öz anası ilə birgə keçirməli olub. Qızının yanında ola bilməyən teleaparıcı anasının bişirdiyi tortun şamlarını da özü söndürüb.
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB