Xəbər verdiyimiz kimi, mayın 23-də dünya şöhrətli müğənni Mark Entoninin "Baku Crystal Hall"da konserti baş tutacaq. SİA-nın məlumatına görə, sənətçinin konsertinə biletlər bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiyməti 28 manatdan başlayır.
Gecədə tamaşaçılara təçkilatçılar tərəfindən hazırlanan xüsusi rəqs də təqdim ediləcək.
Qeyd edək ki, bu, Mark Entoninin ilk dünya turu olacaq. O, müğənniliklə yanaşı aktyorluğu ilə də məşhurdur. Onun salsa stilində ifaları çox sevilir. Mark Entoni məşhur müğənni Cennifer Lopezlə evli olub. Cütlüyün əkiz övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB