Mətanət Əsədova: "Hətta onun toyuna gedib, iştirak etməyə də hazıram”
Müğənni Mətanət Əsədova keçmiş həyat yoldaşından söz açaraq dost olduqlarını deyib. Bu haqda SİA-ya danışan sənətçi hazırda onunla əlaqəsinin olduğunu da bildirib: "Keçmiş həyat yoldaşım Eminlə dostam. Hazırda çox yaxşı münasibətimiz var. Onu da deyim ki, özü kimi ailəsi də yaxşı insanlardır. İstərdim ki, Emin yaxşı qız alıb, yenidən ailə həyatı qursun. Hətta onun toyuna gedib, iştirak etməyə də hazıram".
Qeyd edək ki, Mətanət Əsədovanın 1 övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB