Toppuş bacı uşaqlara nələr vəd edir?

Toppuş bacı uşaqlara nələr vəd edir?

Heydər Əliyev Sarayında uşaqlar üçün Novruz şənlikləri keçiriləcək. Bu haqda SİA-ya sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib. Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) iştirakı ilə, "Baharın nağılı" adlı yeni və maraqlı bayram proqramı təqdim olunacaq. Novruzun sevilən personajları "Bahar qızı", "Kosa" və "Keçəl"in iştirak etdiyi musiqili tamaşada uşaqları bir çox başqa sürprizlər də gözləyir.

Qeyd edək ki, martın 22-23-də saat 12:00-da başlayacaq şənliyin biletlərini şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiyməti 5 manatdan başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə