Aparıcı Vüsalə Əlizadənin qızı Diləyin bu gün 2 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, aparıcı övladını təbrik edib: "Mən dünyaya üç dəfə gəlmişəm. Birinci öz doğum günüm, ikinci xəstə olduğum gün, üçüncüsü isə öz ölümümü, hər şeyi gözə alıb, Diləyi dünyaya gətirib ana olduğum gündür. Bu gün mənim həyat qaynağım, ciyər param, yaşam gücüm, cismim, ruhum, gözüm Diləyin doğum günüdür. Onun gəlişi həyatımı dəyişdi. Amma bu dəyişiklik təkcə mənim üçün oldu. Bunu hiss etdiyim an bugünkü yaşam tərzimə qərar verdim. El qınağı tanınmış qadın üçün çətindir. Bircə onu bilirəm ki, Tanrımın sevimli bəndəsiyəm. Allahım məni boynu bükük etmədi, sınaqdan alnıaçıq, üzüağ çıxdım. Balama canım qurban. Mənim həyatdakı arzum, diləyim xoşbəxt ol. Mən sənin üçün göz yumub, susdum. Böyük qız olub, həyatı dərk edəndə hər şeyi başa düşəcək. Çox xoşbəxtəm ki, dünya yaraşıqlısı bir balam var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB