Günay İbrahimli 23 yaşını qeyd edir FOTOLAR

Günay İbrahimli 23 yaşını qeyd edir FOTOLAR

Bu gün müğənni Günay İbrahimlinin ad günüdür. SİA-nın verdiyi xəbərə görə, onu doğum günü münasibətilə ilk olaraq prodüseri Sevinc təbrik edib. O, gecə saat 00:00-da sənətçinin avtomobilini şarlarla və güllərlə bəzəyib. Daha sonra səbəbkara ürək sözlərini deyib: "Mənim ulduzum, ad günün mübarək. Mənim üçün nə qədər dəyərli olduğunu bilirsən. Arzuların hər gün yenisi ilə əvəzlənsin".

Müğənninini sənət dostlarından Əbdül Xalid, Elçin Cəfərov, Ayaq Qasımov, Pərviz, Aysel Əlizadə, Azər Şirin və digərləri təbrik edib.

Nəzərinizə çatdıraq ki, Günay İbrahimli "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olub. 2013-cü ildə verdiyi solo konsertdən sonra daha da məşhurluq qazanıb.

Qeyd edək ki, sənətçi "De onun adı nədir?", "Ola bilərdin", "Özümdə sənsən", "Mən sənə inanırdım" kimi mahnıları ilə tanınıb.

Biz də öz növbəmizdə ifaçı Günay İbrahimlini ad günü münasibəti ilə təbrik edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə