Natavan “Zirvədəkilər”ə qoşuldu FOTOLAR

Natavan “Zirvədəkilər”ə qoşuldu FOTOLAR

Daha bir məşhur sima "Zirvədəkilər" layihəsinə qoşulub. SİA-nın məlumatına görə, sözügedən müğənni Natəvan Həbibidir. Sənətçi "Günəşdən qorxmadan" mahnısı ilə layihənin nominantı olub.

Nəzərinizə çatdıraq ki, Natavanın bu mahnısına çəkilən video-çarx artıq sosial şəbəkələrdə yayılıb. Tamaşaçılar Natəvan Həbibiyə "Zirvədəkilər" layihəsinin "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində səs verə bilərlər. Səsvermənin sonunda qaliblər mayda qala konsert proqramıyla çıxış etməklə mükafatlandırılacaqlar.

Qeyd edək ki, "Zirvədəkilər" layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə