"Sənə inanıram" serialında "Həmid" rolunu canlandıran kinoaktyor Ruslan Sabirli serialı tərk edir. Aktyor çəkildiyi serialdan ayrılmasının səbəbini SİA-ya açıqlayıb: "Bəli, serialı tərk edirəm. Lakin, bu hər hansı qeyri-adi şərtlərə görə baş vermir. Bu, sadəcə serialın çəkilişlərinin bitməsi ilə əlaqədardır. Bildiyiniz kimi, "Sənə inanıram" serialı 24 hissədən ibarətdir. Müqaviləm də bu müddətə imzalanıb. Çəkilişlərin bitməsinə baxmayaraq, serial aprel ayına qədər efirdə olacaq. İnşallah, yenə də səviyyəli layihələrlə tamaşaçıların qarşısına gələcəm."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB