Meyxanaçı və aktyor Namiq Qaraçuxurludan xəbər var. Meyxanaçı yeni klip çəkdirəcək. Bu haqda SİA-ya meyxanaçının prodüseri məlumat verib: "Namiq bir neçə gündən sonra "Mənim nəfəsim" adlı mahnısını ekranlaşdıracaq. Çəkilişlərin əksər hissəsi açıq havada aparılmalıdır. Buna görə də havaların isinməsini gözləyirik".
Qeyd edək ki, meyxanaçı özünü aktyor kimi də sınayaraq, "Toy gecəsi" serialında baş rolda Murad obrazını canlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB