Səbinə Babayevanın mahnısı nominant seçildi

Səbinə Babayevanın mahnısı nominant seçildi

Rejissor Nail Naiboğlunun rəhbəri olduğu "Zirvədəkilər" layihəsi ilk nominantını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ilk nominant üzrə Səbinə Babayevanın "Getmə gəl" mahnısı qərarlaşıb.

Nəzərinizə çatdıraq ki, səsvermənin nəticəsi mayın əvvəlində açıqlanacaq. Bağlanış mərasimində böyük qala konsert keçiriləcək və qaliblərə mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, "Zirvədəkilər" layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə