Əməkdar artist Türkiyədə konsert verib

Əməkdar artist Türkiyədə konsert verib

Əməkdar artist Tünzalə Ağayeva İstanbulda konsert verib. SİA-nın məlumatına görə, konsert proqramı Mərmərə Vaqfının ardıcıl 3 ildir təşkil etdiyi Avrasiya İqtisadiyyat Zirvəsi çərçivəsində baş tutub.

Müğənnini Ankara Kent Orkestri müşayiət edib. Konsertin sonunda vaqfın rəhbəri Akkan Suver sənətçiyə təşəkkür edərək hədiyyə verib. Suver müğənnini TRT Müzik telekanalında yeni açılan proqramı münasibəti ilə də təbrik edib.

Qeyd edək ki, T. Ağayeva "TRT Müzik"də "Bir səsin cazibəsi" adlı veriliş aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə