Aygün Kazımovanın növbəti dueti

Xalq artisti Aygün Kazımova qızı İlqarə ilə birlikdə Türkiyəyə yola düşüb. SİA-nın verdiyi xəbərə görə, müğənninin qardaş ölkəyə üz tutmasına səbəb yaradıcılıq işləri ilə bağlıdır. Belə ki, o yeni duet üzərində çalışır. Aygün hələ ki, yeni duet ortağının adını açıqlamaq istəmir.

Qeyd edək ki, xalq artisti Türkiyənin ən böyük və nüfuzlu şirkətlərindən olan "DMC" ilə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə