Röya "Mən sənsiz" dedi

Ən hit mahnılara imza atan Röya Ayxan yeni bəstəsini təqdim edib. SİA-nın məlumatına görə, sənətçi "Mən sənsiz" adlı mahnını oxuyub.

Nəzərinizə çatdıraq ki, Röya sözügedən bəstəni ilk olaraq Heydər Əliyev Sarayında "Mənəm" adlı solo konsertində səsləndirib.

Qeyd edək ki, "Mən sənsiz" mahnısının sözləri Azər Şirinə, musiqisi Pərviz Mahmudova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə