Bəzi saytların yazdıqlarına görə Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov Rəqsanənin sürücülük vəsiqəsini əlindən alıb. O, bu haqda SİA-ya açıqlama verərək xəbərin yalnış olduğunu bildirib: "Rəqsanənin sürücülük səlahiyyəti məhdudlaşdırıla bilməz. Mən efirdə canlı yayımda çıxış etdim, olanları dedim. Rəqsanə də bu millətin nümayəndəsidir, sevilən müğənnidir. Bu məsələ qapanmayıb? Mətbuatın nə marağı var ki, Rəqsanə ilə Yol Polisini üz-üzə qoyur?".
Xatırladaq ki, əksər saytlar "Günəbaxan" verilişinə istinadən yazıb ki, V.Əsədov müğənni Rəqsanə ilə bağlı belə bir açıqlama verib: "Müğənni son müddətdə yol qəzası törətdi. Elə bu səbəbdən də onun sürücülük vəsiqəsi əlindən alınıb".
Qeyd edək ki, bir müddət öncə müğənninin qızı "Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar" sözlərini demişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB