Müğənni Vüqar Həşimovun xatirəsinə mahnı həsr etdi

Müğənni Vüqar Həşimovun xatirəsinə mahnı həsr etdi

Əməkdar artist Zaur Əmiraslanov beynəlxalq dərəcəli qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə mahnı həsr edib. SİA-nın verdiyi xəbərə görə, Z.Əmiraslanovun qrossmeysterin xatirəsinə ithaf etdiyi "Əlvida" mahnısının sözləri Cabir Novruz, musiqisi Oqtay Kazıminindir.

Xatırladaq ki, Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.

Qeyd edək ki, III Fəxri Xiyabanda dəfn edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə