Rejissor daha bir layihəyə imza atdı

Rejissor daha bir layihəyə imza atdı

Rejissor Nail Naiboğlu yeni layihəyə imza atıb. SİA-nın verdiyi xəbərə görə, "Zirvədəkilər" adlanan layihə "Lider" televiziyasında yayımlanacaq. Layihədə şou-biznes nümayəndələri müxtəlif nominasiyalar üzrə yarışacaq və izləyicilərin səsverməsi nəticəsində qalib müəyyənləşəcək.

Qeyd edək ki, layihənin mükafatlandırma mərasimi may ayının əvvəlində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə