Xanəndə Məhəbbət Kazımovun xatirəsinə klip çəkdirdi

Xanəndə Məhəbbət Kazımovun xatirəsinə klip çəkdirdi

Xanəndə İlkin Əhmədov "Bu sevgidə kim uduzdu, kim uddu" mahnısına klip çəkdirib. Xanənəndə sözügedən klipi əməkdar artist Məhəbbət Kazımovun xatirəsinə həsr edib. Bu haqda SİA-ya ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib: "Klip Bakının Əhmədli və Əmircan qəsəbələrində lentə alınıb. Ekran işində İlkin müğənni kimi iştirak edib. Həmçinin klipdə İlkinlə birgə əməkdar artist Vidadi Əliyev, Oqtay Əliyev və Elçin Əlibəylinin atası da yer alıb".

Qeyd edək ki, "Bu sevgidə kim uduzdu, kim uddu" mahnısının sözləri Məmməd Araza, musiqisi Razim Paşayevə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə