"Bozbash Pictures"ə mahnı həsr olundu

"Bozbash Pictures"ə mahnı həsr olundu

Sevilən "Bozbash Pictures" serialına mahnı həsr olunub. SİA-nın məlumatına görə, bəstə sözügedən serialın adı ilə bağlıdır.

Nəzərinizə çatdıraq ki, "Bozbash Pictures" mahnısının sözləri və musiqisi Elvin Əhmədə məxsusdur. Mahnının sözləri "Bozbash Pictures"in baş qəhrəmanları olan Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Ağsaqqalın (Azər Baxşəliyev) adı və maceraları ilə bağlıdır.

Sözügedən bəstəni sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə