Tanınmış prodüser Kamal Cenk İçtən və model Minarə Allahverdiyevanın toyu baş tutub. SİA-nın məlumatına görə, şəhərin mərkəzində yerləşən restoranlardan birində keçirilən toy məclisində əməkdar artistlər Ədalət Şükürov, Elza Seyidcahan, müğənni Emil Bədəlov, rejissor Kənan M.M, rəqqasə Oksana Rəsulova, model Səbinə Babayeva, ssenarist-bəstəkar Kəmalə Qasımova, "Sənə inanıram" serialının kollektivi və başqaları iştirak ediblər.
Nəzərinizə çatdıraq ki, toy günü eyni zamanda Minarənin də ad günüdür. Toyun əlamətdar gündə baş tutmasını Cenk İçtən özü istəyib. Cütlük bal ayı üçün Türkiyəyə yollanacaq.
Qeyd edək ki, bu, Minarə və Cenkin ikinci evliliyidir. Cütlük toy mərasimindən sonra Türkiyəyə köçüb, orada yaşayacaqlar.

.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB