Xəbər verdiymiz kimi, türkiyəli müğənni Demet Akalın hamilədir. SİA-nın verdiyi xəbərə görə, sənətçi hamiləliyinin son ayını yaşayır. Bu haqda açıqlama verən müğənni çox həyəcanlı və gərgin olduğunu deyib: "Olduqca həyəcanlıyam. Vəsiyyətimi yazacağam. Həyatda hər şey ola bilər. İlk günlərdə xəstəxanaya heç kimin gəlməsini istəmirəm. Çünki həmin günlər çox əsəbi olacam".
Qeyd edək ki, Demetin həkimi doğumun fevralın 14-dək baş tutacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB