Rza Zərrabın təyyarəsini əlindən aldılar

Rza Zərrabın təyyarəsini əlindən aldılar

Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrabın ona hədiyyə etdiyi təyyarə əlindən alınıb. SİA-nın verdiyi xəbərə görə, dəyəri 12 milyon dollar olan təyyarə bank tərəfindən müsadirə olunub. Türkiyədə rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunan Rza Zərrabın bu banka borcu olduğu ortaya çıxıb. O, üst-üstə yığılan faizləri ödəyəcəyi halda, təyyarəsini geri ala biləcək.

Qeyd edək ki, Rza Zərrab dekabrın 17-də "Böyük rüşvət" əməliyyatı zamanı şübhəli bilinib və nəzarət altına alınıb. Əvvəlcə bütün sərvətinin dövlət tərəfindən alınacağı bildirilsə də, bir müddət sonra bu qərar ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə