Bu həftənin şənbə günü Türkiyə vaxtı ilə saat 23:15- də TRT Muzik kanalında əməkdar artist Tünzalə Ağayevanın "Bir səsin cazibəsi" proqramının ilk buraxılışı olacaq. SİA-nın verdiyi xəbərə görə, yerli saatla 01:15 –də yayımlanacaq verilişin ilk qonağı uzun illər Türkiyədə sevilən, xalq və pop musiqisinin ən gözəl ifaçılarından biri, məşhur bəstələri ilə tanınan Gülay olacaq.
Nəzərinizə çatdıraq ki, "Bir səsin cazibəsi" proqramında Tünzalə Ağayevanı 15 musiqiçidən ibarət Anakara Kent Orkestrası müşaiət edəcək. Orkestrın rəhbəri Cüneyt Sözmen, aranjemanı Alperen Sözmen, backvocalistləri isə Ankara Kent Orkestrasının solistləri Neval Solak və Turqay Bengü olacaq.
Qeyd edək ki, layihə üzərində TRT Müzik kanalının professional komandası çalışır. Tünzalə xanımın geyimləri isə Gülnarə Xəlilovaya məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB