Prodüsser tanınmaz vəziyyətə düşdü FOTOLAR

Prodüsser tanınmaz vəziyyətə düşdü FOTOLAR

Prodüsser Təranə Səmədova görkəmində xeyli dəyişiklik edib. Belə ki, o, arıqlayaraq tanınmaz vəziyyətə düşüb. Bu haqda SİA-ya danışan Təranə 14 kiloqram arıqladığını deyib: "Arıqlamaq üçün pəhriz saxlayıb, idmanla məşğul oluram. Pəhrizi isə sadəcə olaraq eşitdiklərim və oxuduqlarım əsnasında saxlamıram. Sırf sağlam qidalanaraq arıqlamağa çalışıram. Bu işdə ən əsas köməkliyi mənə fitnes-məşqçim Ceyhun Vəliyev edir. Ən əsası arıqlamaq istəyənlərə məsləhətim odur ki, şəkərli, qazlı, spirtli içkilərdən maksimum dərəcədə uzaq olsunlar. Qəti o cür içkilərdən istifadə etmək olmaz. Daha sonra fast-food, yağlı və qızardılmış yeməklərdən də imtina etsinlər. Balıq, toyuq, ət yesinlər. Hətta kabab da yemək olar. Gün ərzində çoxlu qazsız su içsinlər".

Qeyd edək ki, Təranə Səmədova bir ayda 14 kq arıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə