Haluk Levent sevənlərə xoş xəbər

Haluk Levent sevənlərə xoş xəbər

Türkiyənin tanınmış rok ifaçı Haluk Levent Bakıya gəlir. SİA-nın verdiyi xəbərə görə, sənətçi sabah "Otto" klubda konsert proqramı ilə çıxış edəcək. Qardaş ölkənin müğənnisi sabah saat 13:00-da paytaxtımızda qonaq olacaq. Media mənsubları ilə görüşdükdən sonra şəhərimizi gəzəcək.

Qeyd edək ki, konsert saat 21:00-dan başlayaraq gecə saatlarınadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə