Müğənni Xatirə İslam özünə təmtəraqlı şəkildə ad günü mərasimi düzənləyib. SİA-nın verdiyi xəbərə görə, sözügedən gecəyə şou-biznes nümayəndələri də təşrif buyurub. Onlar arasında xalq artistlərindən İlhamə Quliyeva, Flora Kərimova, əməkdar artist Nüşabə Ələsgərli, müğənnilərdən Elçin Cəfərov, Elçin Hüseynov, Yaşar Yusub, Günay İbrahimli, Natəvan Həbibi, Samir Piriyev, Elnur, Səidə Sultan, rejissor Nail Naiboğlu, aparıcı Zaur Nəbioğlu, bəstəkar Murad Arif və başqaları olub.
Xatirənin doğum günündə maraqlı anlar yaşanıb. Belə ki, xalq artisti İlhamə Quliyeva məclisə oğlu və gəlini ilə birlikdə qatılıb. Müğənni Xatirəni təbrik edib, onun mərd bir xanım olduğunu söyləyib: "Xatirə gözəl, səmimi qızdır. Ona ailə həyatında uzun ömür, xoşbəxtlik arzulayıram". Sənətçinin həyat yoldaşı Fəxrəddin isə xalq artistinə çiçək dəstəsi hədiyyə edib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB