Xanəndə 12 kiloqram arıqladı

Xanəndə İlahə İbadova görünüşündə dəyişiklik edib. O, bu haqda SİA-ya açıqlama verərək arıqladığını dilə gətirib: "Pəhriz proqramlarım var. Amma nə pəhriz, nə də idman etmədim. Sadəcə gündəlik qidama diqqət etdim. Az yeməklə xeyli çəki itirdim. Səhhətimə də əks təsiri olmadı. Son bir neçə ayda 12 kq arıqladım. Hələ 5-6 kq da arıqladıqdan sonra istədiyim nəticəni əldə edəcəm".

Qeyd edək ki, İlahə İbadova yaradıcılığında da yenilik edərək klip çəkdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə