Kəmalə Rəhimli: “Kor ola bilərəm”

Kəmalə Rəhimli: “Kor ola bilərəm”

Uzun zamandır efirlərdən uzaq düşən müğənni Kəmalə Rəhimli xəstəliyindən danışıb. Səhhətində problemlər yaşayan müğənni SİA-ya açıqlaması zamanı gözlərinin yavaş-yavaş tutulduğunu deyib: "Hazırda sistem köçürdürəm. Gözümdə problem olduğu üçün həkimlər əməliyyat etmək istəyirlər. Ancaq həkimlərin dediyinə görə, əməliyyatdan sonra kor da ola bilərəm. Cərrahi əməliyyatı Azərbaycanda yox, xarici ölkələrdə etdirməliyəm. Buna da vəsait lazımdır. Onu da deyim ki, 17 ildir şəkər xəstəsiyəm".

Qeyd edək ki, müğənni Kəmalə Rəhimlinin 60 yaşı var.

Bütün xəbərlər Facebook səhifəmizdə