Türkiyəli müğənni Tuğba Ekinçi yerli sənətçilərimizdən söz açıb. Tuğba, SİA-ya açıqlaması zamanı bir çox ifaçılarımızın adını söyləyərək bəyəndiyini dilə gətirib: "Azərbaycan müğənnilərindən Rəqsanənin, Röyanın, Aygün Kazımovanın, Günel Zeynalovanın səsini çox bəyənirəm. Günel illər öncə Türkiyəyə gələndə kiçik qız idi. İndi isə artıq sözünü demiş ifaçılardandır. Adını çəkdiyim müğənnilərin mahnılarına da qulaq asıram. Onu da deyim ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Qardaş ölkənin sənətçisi kimi azəri müğənnilərə əlimdən gələni kömək etməyə hazıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB